Koçaryanın evində və ofisində axtarış aparılıb

kocaryanin-evinde-ve-ofisinde-axtaris-aparilib
Oxunma sayı: 1236

Apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılan Ermənistanın eks-prezidenti Robert Koçaryanın evində və ofisində axtarış aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. 

Bu gün məlum olub ki, ölkənin Baş Prokurorluğu Koçaryanın azadlığa buraxılması ilə bağlı Apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verib. 

Qeyd edək ki, eks-prezident 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur,