Kofi Annanın vəfatı ilə bağlı matəm elan edildi

kofi-annanin-vefati-ile-bagli-matem-elan-edildi
Oxunma sayı: 3184

BMT-nin sabiq Baş katibi Kofi Annanın vəfatı ilə əlaqədar Qanada 1 həftəlik matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, Qana prezidenti Nana Akufo-Addo 20 avqustdan etibarən ölkədə bayraqların bir həftə endirilməsi barədə göstəriş verib.

O, həmçinin Kofi Annanın ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Kofi Annan bu gün 80 yaşında dünyasını dəyişib. O, 1997-ci və 2001-ci illərdə iki dəfə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.