Köhnə avtomobilini gətir, yenisini apar - “Audi” arzulayanlara şad xəbər!

kohne-avtomobilini-getir-yenisini-apar
Oxunma sayı: 2705

 “Audi” Azərbaycan Q7 və Q8 modelləri üçün eksklüziv Treyd-İn kampaniyasına başlayır. Kampaniya çərçivəsində müştəri köhnə avtomobilini təqdim etməklə, yeni avtomobilə sahib ola bilər.

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müştərilər nəinki “Audi” brendinə aid olan avtomobilləri, hətta digər brendlərə aid avtomobilləri də barter üçün təqdim edə bilərlər. Avtomobillərin qiymətləndirilməsi real bazar qiymətinə uyğun dəyərləndiriləcək.

Hər modelin ayrı-ayrılıqda texniki göstəricilərinə nəzər yetirək.

“Audi” Q7 3 modifikasiyada təqdim olunur: 45 indeksində olan Comfort və Business modellər 2.0 L mühərriyə və 252 at gücünə malikdirlər, sürətlənmələri isə cəmi – 6.9 saniyəyə baş verir. 55 indeksində olan Q7 3.0 L. həcmində mühərriyə və 333 at gücünə malikdir, sürətlənməsi cəmi 6.1 saniyəyə baş verir. Audi-nin imza xüsusiyyəti “quattro” hər üç modeldə aktivdir. Hər üç komplektasiyanın fərqli opsiyaları var, bu opsiyaların tam siyahısı keçən il yenilənən www.audi.az saytında təqdim olunub. Müştərinin istəyi və büdcəsindən asılı olaraq dəyişə bilər. 

Audi Q8 modeli 1 komplektasiyada, yəni tam dolu versiyada yerli bazara təqdim olunub. 3.0 L həcmində V6 TFSİ mühərriyi, 340 a.g, sürətlənməyi isə cəmi 5.9 saniyəyə baş verir.  Tam çəkimli quattro və adaptiv pnevmatik asqı bu avtomobili həm şəhər həm də yolsuzluq şəraiti üçün mükəmməl edir. Modelin opsiyalarına daha ətraflı www.audi.az saytında baxa bilərsiniz.

Hal-hazırda Audi Q8 öz Coupe-SUV seqmentində ən son texnoloji cihazlar ilə təchiz olunan model hesab olunur, üstəlik çərçivəsiz yan şüşələr, geniş interyer bu modeli rəqiblərdən fərqləndirir. Mild hibrit sistemi sayəsində yanacağa daha çox qənaət edə bilərsiniz. Arxa fənərlərin bir xəttli olması və animasiyalı yanıb- sönməsi “Audi”ni daha fərqli və gözəçarpan edir.

Bu kampaniyadan yararlanmaq istəyənlər  012 / 050 570 00 77 və ya Babək pr. 43A ünvanına müraciət edə bilərlər.