Kolumbiyada 3 günlük matəm elan edildi

kolumbiyada-3-gunluk-matem-elan-edildi
Oxunma sayı: 1386

Kolumbiyanın paytaxtı Boqotada 11 nəfərin ölümü, 87 nəfərin yaralanmasına səbəb olan terror aktına görə ölkədə 3 günlük matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, Kolumbiya prezidenti İvan Duke təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün tapşırıq verib.

O, silahlı qruplaşmalara qarşı mübarizənin sərtləşdiriləcəyini də bildirib.

Qeyd edək ki, teraktı 56 yaşlı Xose Aldemar Royas həyata keçirib. Kamikadze 80 kq partlayıcı maddənin yükləndiyi avtomobili Polis Akademiyasının qarşısında partladıb.