Konfederasiyanın vitse-prezidenti vəzifəsindən azad olundu

konfederasiyanin-vitse-prezidenti-vezifesinden-azad-olundu
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Gürcüstan Türkləri Konfederasiyasının (GTK) İnformasiya Departamentinin rəhbəri Sara Səfixan xəbər verib. O deyib ki, bu gün Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov, vitse-prezident Əsəd Əliyevin tutduğu vəzifədən
kənarlaşdırılması barədə qərar imzalayıb.

Onun sözlərinə görə, 2 noyabr 2011-ci ildən Gürcüstan Türkləri Konfederasiyasının vitse-prezidenti postunu tutan Əsəd Əliyevin vəzifəsindən çıxarılması üçün əsas “özbaşnalıq və Nizamnamə tələblərinin kobud şəkildə pozma və vəzifə səlahiyyətlərini aşma” faktları əsas götürülüb. Konfederasiyanın İnformasiya Departamentinin rəhbəri həmçinin bildirib ki, yeni vitse-prezident Gürcüstan Türkləri Konfederasiyasının (GTK) 2 noyabr 2011-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan Nizamnaməsinə əsasən Konfederasiyanın Ali Şurasının yaxın günlərdə keçiriləçək iclasında seçiləcək. Nizamnaməyə uyğun olarag Konfederasiyanın vitse-prezidenti, Konfederasiya prezidentinin təqdimatı əsasında Qurultay tərəfindən, Qurultaylararası dövrdə isə
Konfedrasiyanın Ali Şurası tərəfindən seçilir.

Sara Səfixan əlavə olaraq bildirib ki, Əsəd Əliyev bundan sonra Konfedrasiyada fəaliyyətinin öz istəyinə uyğun olaraq Konfederasiya Ali Şurası üzvü kimi davam etdirə bilər. Çünki o, Konfederasiyanın assosativ üzvü olan Böyük Birlik Təşkilatının (BBT) Sədri kimi Konfederasiya Ali Şurasının təbii üzvüdür. Əgər Əsəd Əliyev Ali Şura üzlüyündən istefa vermək istəsə təbii ki, onun istefası Ali Şura tərəfindən dərhal qəbul edləcək deyə Sara Səfixan əlavə edib.