Kreml Əliyevlə Putinin görüş yerini və vaxtını açıqladı

kreml-eliyevle-putinin-gorus-yerini-ve-vaxtini-aciqladi
Oxunma sayı: 2200

Rusiya prezidenti Vladimir Putin Çinə səfəri çərçivəsində aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat yayıb. Dövlət başçılarının, həmçinin, yay və payız aylarında yenidən görüşəcəkləri bildirilib:

“Liderlər artıq telefonda danışaraq fəal dialoqu davam etdirməyə razılaşıblar. İlham Əliyevlə görüş aprelin 26-da keçiriləcək”.

Görüşdə ikitərəfli münasibətlər və digər məsələlər müzakirə olunacaq.