Kriminal Bakı

kriminal-baki
Oxunma sayı: 636

İyulun 16-da Bülbül prospektində Bakı şəhər sakini Samir İbrahimov boğaz nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə KTM-ə yerləşdirilib. Nəsimi RPİ 22-ci PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Xəyyam Qurbanov iyulun 15-də tutulub.

İyulun 14-də Bakı şəhər sakini Çingiz Əbdürəhmanova məxsu I Zabrat qəsəbəsi Axundov küçəsində yerləşən mağazanın damından keçmə yolu ilə ərzaq məhsuları oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Anar Əlizadə iyulun 15-də yaxalanıb.

İyulun 15-i saat 15 radələrində Xaçmaz rayon sakini İlkin Kərimov Xiyabani küçəsində həmin ünvanda yaşayan Ramil Abdullayevə məxsus “Volsvagen Passat” markalı avtomobili qaçırmış və saat 15:25 radələrində Nəsimi rayonu R.Cəfərov küçəsində səkiyə vurmuşdur. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran İ.Kərimov elə həmin gün yaxalanıb.

İyulun 15-i saat 13 radələrində Zığ-Hava Limanı yolunda Bakı şəhər sakinləri Elvin Məmmədzadə idarə etdiyi “Mersedes”, Lalə Məmmədovanın idarə etdiyi “Opel” və Masallı rayon sakini Ramiq Cəbiyevin idarə etdiyi “Audi” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Cəbiyev 3 saylı xəstəxanaya aparılıb və orada ölüb.

İyulun 14-nə keçən gecə Bakı şəhər sakini Yaşar Ağayevə məxsus Türkan qəsəbəsində yerləşən bağ evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 1000 manat oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qəbələ rayon sakini Nadir Hacıyev iyulun 15-də yaxalanıb.