Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 2582

Yanvarın 9-da Salyan yolunda Bakı şəhər sakini Həbib Nəbiyev idarə etdiyi 207 saylı marşrut üzrə hərəkət edən «Daewoo» markalı avtobusla, Ağsu rayon sakini Pərviz Veysəlovun idarə etdiyi «VAZ-2106» markalı avtomobil toqquşub. Baş vermiş qəza nəticəsində sürücü P.Veysəlov və sərnişini Badamdar qəsəbə sakini Süleyman Cavadov hadisə yerində ölüb.

Yanvarın 8-də «Neo MMC»yə məxsus çoxmərtəbəli yaşayış binasının blokundan 1800 metr elektrik naqili oğurıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Rüstəm Ramazanov yanvarın 9-da tutulub.

Cinayətkar bibisinin evində yaxalandı. Hadisə 2011-ci ildə iyunun 29-da Əbilov küçəsində Bakı şəhər sakinləri Babaəli Qəmbərov mübahisə zəminində Eyvaz Həkimovu ov tüfəngindən atəş açaraq qətlə yetişdir. Nəsimi RPİ CAŞ və 21-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 120.1-ci maddəsi ilə axtarışda olan Babaəli Qəmbərov bibisi Ziba Cabbarovaya məxsus Maştağa qəsəbəsində yerləşən bağ evində yaxalanmış, ondan 1 ədəd patronu ilə birlikdə lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Biləsuvar rayon sakinini bıçaqlayan Cəlilabad rayon sakini tutulub. 2011-ci ilin dekabrın 27-də N.Tusi küçəsində Biləsuvar rayon sakini Eldar İsmayılov bıçaq xəsarətlərilə Su Tikinti xəstəxanasına yerləşdirilib. Xətai RPİ CAŞ və 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakini Niyaməddin Ağayev yanvarın 9-da tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qafarovdan 0,267 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunmuşdur ki, A.Qafarov may, iyun, avqust, oktyabr və noyabr aylarında Yeni Yasamalda yaşayanlar Aygün Qasımova, Elxan Sadıxov, Əlimuxtar Qasımov, Teymur Cümşüdov, Kərəm Sərdərov, Şahsəddin İsrafilov və Sevil Ələkbərovanın mənzillərindən açar seçmə yolu ilə pul, qızıl zinət-əşyaları, televizor, notebuk, mobil telefon, noutbuk, məişət əşyaları və videokamera oğurlayıb.