Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 637

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Vəfa Məmmədova aprelin 9-da yaxalanıb. Məlum olub ki, o, sentyabrın 10-u 2011-ci il tarixdə Ümid qəsəbə sakini Nail Məmmədovun evindən açıq qapıdan keçmə yolu ilə 500 manat, 2800 ABŞ dolları və qızıl-zinət əşyaları, bu il aprelin 3-də isə Sahil qəsəbəsi E.Quliyev küçəsində yaşayan Məlahət Həsənovanın mənzilindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıb.

2011-ci il noyabrın 11-nə keçən gecə Bakı şəhər sakini Novruz Tahirova məxsus Bakı-Astara yolunun 33-cü km-da yerləşən mağazadan qapını sındırma yolu ilə 1000 manat və tütün məmulatları, avqustun 13-nə keçən gecə isə Z.Qasımov küçəsində yerləşən Bakı şəhər sakini Elxan Gülməmmədova məxsus mağazadan qapını sındırmaq yolu ilə 400 manat oğurlayan Bakı şəhər sakini Pərviz Məhərrəmov aprelin 9-da Qaradağ RPİ 38-ci PB əməkdaşları tərəfindən yaxalanıb.

Aprelin 8-də A.Nemətulla küçəsində naməlum şəxs Bakı şəhər sakini Elvin Axundova bıçaq xəsarəti yetirilib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Kainat Həsənov aprelin 9-da yaxalanıb.