Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 680

Dekabrın 2-də Bakı şəhər sakini Asif Əhmədov Sabunçu qəsəbəsi Ə.Bağırov küçəsində yaşayan Sakit İbrahimova məxsus «Mersedes» markalı avtomobildən şüşəni sındırma yolu ilə 100 ABŞ dolları və Vasif Mahmudova məxsus «Mersedes» markalı avtomobildən maqnitafon oğurladığı üçün Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onun üzərinə baxış keçirilərkən 0,228 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

Dekabrın 1-nə keçən gecə Sahil qəsəbəsində yerləşən «NEKS» şirkətinə məxsus kanteynerdən qıfılı sındırma yolu ilə 8 ədəd dalğıc geyimi, su mühərriki və təmir alətləri oğurlanmışdır. Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Paşa Əhmədov və Elvin Səfərov dekabrın 2-də yaxalanmışlar.

Noyabrın 27-də Ə.Rəcəbli küçəsində Bıkı şəhər sakini Rafayıl Fərzəliyevə məxsus «Nissan» markalı avtomobildən şüşəni sındıma yolu ilə oğurluğa cəhd olmuşdur. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Anar Hacıyev və Qalib Kərimov dekabrın 2-də yaxalanmışlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, onlar noyabrın 7-də Ü.Bünyadzadə küçəsində Bakı şəhər sakini Araz Gülməmmədova məxsus «Toyota» markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində 520 manat və mobil telefon olan əl çantası oğurlamışlar.

Mayın 6-da İnşaatçılar prospektində Bakı şəhər sakini Ceyhun Zeynalova məxsus «Mitsubişi» markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə mobil telefon və noutbuk oğurlanmışdır. Yasamal RPİ 27-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fərid Əliyev dekabrın 2-də yaxalanmışdır.

Xətai RPİ CAŞ və 35-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnur Süleymanov noyabrın 2-də yaxalanmışdır.