Külək Bakıda keçirilən dünya çempionatına mane oldu

kulek-bakida-kecirilen-dunya-cempionatina-mane-oldu
Oxunma sayı: 1547

Küləkli hava şəraiti ilə əlaqədar BMX üzrə dünya çempionatında gənclər və Elit kateqoriyasının bu gün saat 20:40-da başlamalı olan təsnifat yürüşləri təxirə salınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib.
 
Yeni yarış cədvəlinə əsasən, iyunun 9-u, saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək.

Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. 20 dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi həyata keçiriləcək.