Külək paytaxtı bu günə qoydu- - Video

kulek-paytaxti-bu-gune-qoydu-
Oxunma sayı: 4021


“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, tozun küləyə qarışdığı yerlər daha çox tikinti gedən ərazilərdədir.

Məsələn, Xutor ərazisində tozları ətrafa yayır və beləliklə də havanın çirklənməsinə səbəb olur.

Zibillər  yığışdırlmayan ərazilərdə isə külək zibilləri havaya sovurur.

"Bakıda külək öz fəsadlarını göstərməkdədir. "28 may" metrostansiyası ərazisindəyik. Burada da zibillər göyə sovrulur və insanların gediş-gəlişinə maneçilik yaradır" - deyə, jurnalist qeyd edir.

Şəhər sakinləri də bundan çox narahatdırlar. Vətəndaşlar belə halların paytaxtda olan turistlər tərəfindən də yaxşı qarşılanmadığını bildiriblər.