KXCP-nin Ali Məclisinin iclası keçirildi

kxcp-nin-ali-meclisinin-iclasi-kecirildi
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- KXCP Ali Məclisinin qərarlarının icra vəziyyəti.
- Təşkilat məsələləri.
- KXCP-nin növbəti II Qurultayının günü və yeri haqqında.
- II Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı.
- KXCP II Qurultayının gündəlik layihəsi haqqında.
- KXCP-nin II Qurultayının keçirilməsi üçün yer ayrılmamasına etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında davamlı piketlərin keçirilməsi haqda qərarın qəbul edilməsi və bu haqda Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edilməsi haqqında.
- Cari məsələlər.

KXCP Ali Məclisinin sessiyası gündəlikdəki məsələləri müzakirə edərək aşağıdakı müvafiq qərarları qəbul edib:
- Qərarların icra vəziyyəti haqqında məlumat nəzərə alınsın.
- KXCP Qaradağ, Nizami, Göyçay, Ağstafa, Xətai, Maştağa, Ağsu , Tovuz, Goranboy, Ağdaş, Salyan, Biləsuvar, Astara, Yardımlı, Samux, İsmayıllı, Qəbələ, Oğuz, Masallı, Ordubad, Neftçala, Mingəçevir və Saatlı rayon şöbələrinin konfransları haqqında məlumat nəzərə alınsın.
- II Qurultayın keçirilməsi ilə bağlı bütün səlahiyyətlər KXCP İdarə Heyətinə verilsin.
- II Qurultayın keçirilməsinə yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında “Yer ver!” şüarı altında davamlı piketlər keçirilsin.
- Qurultayın gündəlik layihəsi qəbul edilsin.
- İctimai-vəziyyət haqqında məlumat nəzərə alınsın.

Səidə