Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək tapıldı

lenkeranda-adi-qirmizi-kitaba-dusen-kepenek-tapildi
Oxunma sayı: 3022

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, aşkar olunan tırtıllar Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında yoxlamadan keçib və onun “Qırmızı kitab”da qeydiyyatda olan nadir Maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu məlum olub.

Son dərəcə nadir növ olan Maxaon kəpənəyi (popilio machaon L.) Pulcuqluqanadlılar, yaxud Kəpənəklər (Lepidoptera Yelkənciklər – Papilinoidae) dəstəsinə aiddir.