Lənkəranda aksiya olub

lenkeranda-aksiya-olub
Oxunma sayı: 641

Yolun tikintisində iştirak edən 70-dək işçi Qafqaz LTD şirkətinin qarşısında toplaşaraq işin dayandırılmasına etirazlarını bildiriblər. Hadisə yerində olan qəsəbə sakini Kazım Həsənovun AzadlıqRadiosuna dediyinə görə, fəhlələr 4 aydır əmək haqqı ala bilmirlər. Bundan başqa, iki aydır işlər dayanıb.

Qafqaz LTD nümayəndəsi aksiya iştirakçıları ilə görüşüb. Onlara söz verilib ki, 3 günə əmək haqları veriləcək və iş bərpa olunacaq.

Liman qəsəbə icra nümayəndəsi Bəxtiyar Səfərov ərazidə aksiya keçirilmədiyini söyləsə də, yolun tikintisinin 2 aydır dayandığını təsdiqləyib.