Lənkəranda bir qrup sakin “Azərişıq”ın maşınını yandırıb

lenkeranda-bir-qrup-sakin-azerisiqin-masinini-yandirib
Oxunma sayı: 636

Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib. 

Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı  bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Nəticədə Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.