Lənkəranda Ədliyyə günü qeyd olunub

lenkeranda-edliyye-gunu-qeyd-olunub
Oxunma sayı: 1018

Bu gün Lənkəranda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.

Şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bununla əlaqədar şəhərin Heydər Əliyev Xatirə Parkında H. Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Gülqoyma mərasimində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Sonra bayram tədbiri Rayon Məhkəməsində davam etdirilib.