Leyla Əliyevanın təşəbbüsü ilə aksiya - “Qanın milləti yoxdur”

leyla-eliyevanin-tesebbusu-ile-aksiya
Oxunma sayı: 2599

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubu “Qanın milləti yoxdur” adlı aksiya keçiriblər.

"Qafqazinfo" xəbər verir ki, tədbirin əsas təşkilatçılarından olan RAGB İdarə Heyətinin sədri Samir Əliyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü olan növbəti humanitar donor aksiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzində keçirilib. Yubiley aksiyasında 50-dən çox insan iştirak edib.

Onun sözlərinə görə, donor aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara yardım etməklə xeyirxah iş görürlər.