Liviyada silahlı toqquşmalarda azı 60 nəfər ölüb

liviyada-silahli-toqqusmalarda-azi-60-nefer-olub
Oxunma sayı: 652

Liviyanın cənubunda baş verən silahlı toqquşmalar zamanı azı 60 nəfərin ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi hərbi və tibbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən silahlılar Liviya milli ordusunun nəzarət etdiyi Brak-aş-Şati hərbi bazasına hücum edib. Ən azı 60 nəfər həlak olub. Ölənlər arasında mülki şəxslər də var. Bazanı müdafiə edən briqada komandiri 80 nəfərdən çox ölənin olduğunu bildirib.

Qeyd edək ki, Liviyada iki hakimiyyət mövvuddur. Ölkənin şərqində Tobruk şəhərində xalq tərəfindən seçilən parlament,  qərbdə isə Tripolidə BMT-nin və Avropanın dəstəyi ilə formalaşdırılmış milli barışıq hökuməti  fəaliyyət göstərir.