Lujkovun Gürcüstana girişinə qadağa qoyulacaq

lujkovun-gurcustana-girisine-qadaga-qoyulacaq
Oxunma sayı: 682

Gürcüstan hökuməti Moskvanın keçmiş meri Yuri Lujkovun ölkəyə girişinə qadağa qoymaq niyyətindədir.

“Qafqazinfo”nun “Novosti Qruziya”ya istinadən verdiyi xəbərə görə, Lujkovun soyadı qara siyahıya salınacaq. Bu barədə Gürcüstan Daxili işlər nazirinin müavini Şalva Xuçişvili bildirib. 

Qeyd edək ki, Y. Lujkov 1992-2010-cu illərdə Moskvanın meri postunda çalışıb.