Maduro erkən parlament seçkiləri keçirməyi təklif etdi

maduro-erken-parlament-seckileri-kecirmeyi-teklif-etdi
Oxunma sayı: 641

Venesuela prezidenti Nikolas Maduro 2020-ci ilin sonuna planlaşdırılan parlament seçkilərini erkən keçirməyi təklif edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, çıxışı zamanı xalqı hazırda müxalifətin rəhbərlik etdiyi məclisə seçkiləri erkən başlamağa çağırıb:

“Gəlin, gücümüzü seçkilərdə birləşdirək. Seçkiləri erkən keçirək və son 5 ildə fəaliyyəti qanunsuzlaşan yeganə institutu legitimləşdirək”.  

Qeyd edək ki, Venesuelada sonuncu parlament seçkiləri 2015-ci ildə keçirilib.