Mağazanı soydu, sonra yandırdı

magazani-soydu-sonra-yandirdi
Oxunma sayı: 1318

Gəncə şəhəri ərazisindəki kompyuter satışı mağazalarının birindən pul oğurlanıb və orada yanğın törədilib.

“Qafqazinfo”nun verdiyi xəbər görə, mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı 1 ədəd kompyuter və onun hissələrinin yandırıldığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb. Faktla bağlı araşdırma aparılır.