Mahir Mədətovun dublu “Qarabağ”a qələbə qazandırdı - Video

mahir-medetovun-dublu-qarabaga-qelebe-qazandirdi
Oxunma sayı: 3668

Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, turun ilk matçında “Səbail” öz meydanında son çempion “Qarabağ”ı qəbul edib.

Birinci turda “Zirə” ilə görüşü təxirə salındığı üçün bu, “Qarabağ”ın mövsümdəki ilk matçı olub.

Ağdam təmsilçisi 27 və 86-cı dəqiqələrdə Mahir Mədətovun vurduğu qollarla matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.