“Mançester Yunayted” qələbə ilə başladı - Video

mancester-yunayted-qelebe-ile-basladi
Oxunma sayı: 4362

İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib.

“Qafqazinfo” xəbər verir ki, mövsümün ilk matçında “Mançester Yunayted” öz meydanında “Lester”i qəbul edib.

Joze Mourinyonun komandası 2:1 hesabı ilə qalib gələrək mövsümə uğurlu start verib. 3 xalı gətirən qolları 3-cü dəqiqədə penaltidən Pol Poqba, 83-cü dəqiqədə isə Luk Şou vurub. “Lester”in qoluna isə 90+3-cü dəqiqədə Ceymi Vardi imza atıb.

Qeyd edək ki, 1-ci turun digər oyunları 11 və 12 avqustda keçiriləcək.