“Mançester”dən Asensio üçün rekord təklif

mancesterden-asensio-ucun-rekord-teklif
Oxunma sayı: 1836

İngiltərənin “Mançester Yunayted” klubu İspaniya “Real” Madrid komandasına Asensio üçün rekord təklif göndərməyə hazırlaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ispaniyalı üçün Madrid klubuna 177 milyon funt sterlinq təklif edəcək.

Artıq Joze Mourinyonun Asensionu keçidə razı saldığı iddia edilir.

Futbolçunun ingilislərlə 5 illik müqavilə imzalayacağı və ilinə 24 milyon funt sterlinq qazanacağı vurğulanır.