“Manpası” tələbənin təhsil haqqını ödədi

manpasi-telebenin-tehsil-haqqini-odedi
Oxunma sayı: 2628

Azərbaycanın məşhur radio proqramında tələbə qızın təhsil haqqı ödənilib. “Qafqazinfo” xəbər verir ki, bu gün “Manpası” verilişində ata və qızı müsabiqəyə qoşulub. 

Azərbaycan Dillər Universitetinin tələbəsi olan Nərmin atası ilə birgə təhsil haqqının qalan 50%-ni ödəmək üçün mübarizə aparıb. Onlar bütün suallara doğru cavab verərək yarışmada 1250 AZN qazanıblar.

Qeyd edək ki, müsabiqədə 100 manat uğrunda mübarizə aparılır, lakin tələbə gəncə belə güzəşt edilib.