Masallıda güclü qasırğa əkin sahələrinə ziyan vurdu

masallida-guclu-qasirga-ekin-sahelerine-ziyan-vurdu
Oxunma sayı: 635

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, əsasən taxıl və bostan bitkilərini yararsız hala salan qasırğa nəticəsində məhsuldarlığın bu il aşağı düşəcəyi ehtimal edilir.

Taxıl məhsullarından arpanın tamamilə sıradan çıxdığını deyən fermerlər, buğdanın nisbətən özünü bərpa edəcəyini söyləyiblər.

Lənkəran Regional Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, ötən gecə cənub bölgəsində aylıq normanın 50 faizi həcmində yağıntı düşüb. Hidrometroloqlar bu gündən regionda yağıntıların tədricən kəsiləcəyini bildiriblər.