Maşın oğrularını tutdular

masin-ogrularini-tutdular
Oxunma sayı: 649

Oktyabrın 15-də Pirallahı qəsəbəsində qəsəbə sakinləri Əzəmət Əsgərov və Ruslan Mirzəxanov bir-birilərinə bıçaq xəsarət yetirib. Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Ə. Əsgərov elə həmin gün yaxalanıb.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Eyni Mürsəliyev ötən gün tutulub.

İyulun 13-də Pirşağı qəsəbəsi bağlar massivində yaşayan Şaban Şabanova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmış və avqustun 13-də Pirşağı qəsəbəsində yaşayan Emil Yusifovun həyətində heç bir zərər görmədən tapılıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E. Yusifov dünən yaxalanıb.

Oktyabrın 13-də Bakı şəhər sakini Ceyhun Əsgərovun içərisində 150 manat olan pul qabısı Azadlıq prospektində yerləşən mağazadan oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Hidayət Nağıyev oktyabrın 15-də yaxalanıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşları Rusiya Federasiyasının vətəndaşı Saməddin Alıyevin qeydiyyatsız yaşadığı üçün barəsində İXM-nin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil verib.

Sentyabrın 5-də Zığ yolu küçəsində yaşayan Hacıməhəmməd Sulxayevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil bir gün sonra Bakıxanov qəsəbəsində sökülmüş vəziyyətdə tapılıb, onu qaçıran Masallı rayon sakini Qiyaməli Bayramov və Bakı şəhər sakini Pərviz Quliyev sentyabrın 6-da yaxalanıb. Cinayətin digər iştirakçısı olan Bakı şəhər sakini Tural Qasımov isə oktyabrın 15-də ələ keçib. Araşdırma zamanı müəyyən edilib ki, onlar sentyabrın 4-də M. Gülgün küçəsində yaşayan İbrahim Şahbazova, sentyabrın 6-na keçən gecə Vaqif Həsənova məxsus “VAZ-2101” markalı avtomobil qaçırıb və bir neçə saat sonra Cavanşir küçəsində maqnitafonu oğurlanmış vəziyyətdə tapılıb. İyunun 24-də isə R. Məmmədov küçəsində yaşayan Çərkəz Bayramova məxsus “VAZ-210” markalı avtomobili də qaçırmış və maşın Ə. Bağırov küçəsində tam yanmış vəziyyətdə tapılıb.