Maşın piyadanı vurub öldürdü

masin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1315

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vurub öldürüb. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 13-cü km-də, paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, "Lifan" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürüb. Güclü zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb.
30-35 yaşlarında olan kişinin kimliyi hələlik məlum deyil.
 
Hadisə ilə bağlı araşdırma aparılır.