Maşından oğurluq edən dəstə tutuldu - Fotolar

Maşından oğurluq edən dəstə tutuldu
Oxunma sayı: 583

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Hövsan qəsəbəsində avtomaşınların ehtiyat hissələri oğurlayan şəxslərə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin noyabrın 15-də saat 3.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Səfər Rəşidova məxsus “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən paytaxt sakinləri Nicat Məmmədov, Samir Rəhimov, Lerik rayon sakini Elmir Qasımov və Cəlilabad rayon sakini Nuran Həmidov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı onların noyabrın 8-dən 12-dək olan müddətdə daha 4 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Saxlanılan şəxslər oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyərindən aşağı qiymətə satdıqlarını və əldə etdikləri gəliri aralarında böldüklərini bildiriblər.

Qeyd edilən faktlarla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi