Maşınını aşırdı, yaralandı

masinini-asirdi-yaralandi
Oxunma sayı: 647

Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın  hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.
 
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
 
Fakt araşdırılır.