Maşınları qarət edənlər tutuldu

masinlari-qaret-edenler-tutuldu
Oxunma sayı: 846

Bakıda avtomobillərdən oğurluq edənlər yaxalanıblar.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində “Toyota” markalı avtomobildən 3000 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adəm Bağırov saxlanılıb. 

Nizami rayon ərazisində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundov saxlanılıb. Onun digər analoji əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. A.Axundovun daha 2 avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurlaması müəyyən edilib. Hər iki faktla bağlı araşdırma aparılır.