Maştağada minaatan mərmisi tapıldı

mastagada-minaatan-mermisi-tapildi
Oxunma sayı: 648

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində keçirilmiş əməliyyat barəd operativ məlumat yayıb.
 
ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, Sabunçu rayonu,  Maştağa qəsəbəsində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
Nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.