Matviyenko Bakıya gəlir

matviyenko-bakiya-gelir
Oxunma sayı: 1973

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Azərbaycana 2 günlük rəsmi səfərə gələcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidmətinin məlumatında deyilir. Səfər çərçivəsində ölkə rəhbərliyi və parlament üzvləri ilə görüşlər keçiriləcək.

Matviyenkonun Milli Məclisin spikeri Oqtay Əsədovla da görüşü olacaq. Tərəflər ikitərəfli əməkdaşlıq və perspektivləri, hərtərəfli parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Matviyenko səfəri çərçivəsində Bakıda Rusiya Mədəniyyəti günlərinin açılış mərasiminə qatılacaq, paytaxtın mədəni, idman və sosial-infrastruktur obyektlərini ziyarət edəcək.