Məhkəmə Puçdemonun həbsinə qərar verməyib

mehkeme-pucdemonun-hebsine-qerar-vermeyib
Oxunma sayı: 776

İspaniya milli məhkəməsi Kataloniyanın vəzifədən kənarlaşdırılmış başçısı Karles Puçdemonun və region hökumətinin digər üzvlərinin həbsinə dair hələlik qərar qəbul etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmədəki mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, bir qədər əvvəl “La Vanguardia” qəzeti milli məhkəmə palatasının hakimi Karmen Lamela Kataloniya hökumətinin bu gün ifadəsi alınmış səkkiz sabiq üzvünün, o cümlədən muxtariyyətin keçmiş başçısının müavini Oriol Junkersin işə baxılanadək həbsdə saxlanılması barədə order verib.

Nəşrin məlumatına əsasən, həbsdən yalnız sahibkarlıq və elm işləri üzrə sabiq müşavir Santi Vile yayına bilib. O, vəzifəsindən Kataloniyanın müstəqilliyi elan olunmazdan əvvəl könüllü şəkildə istefa vermişdi. Məhkəmə onun 50 min avro girov şərti ilə azadlıqda qalmasına razılaşıb.