Meksikada atışmada 10 nəfər öldürülüb

meksikada-atismada-10-nefer-oldurulub
Oxunma sayı: 648

Meksikanın Oahaka  Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub.

"Qafqazinfo" "Golfo Pacifico" agentliyinə istinadən xəbər verir ki, Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub. 

Tamaulipas ştatının Dias-Ordas bələdiyyəsində də hərbçilər avtomobillə təqib etdikləri cinayətkarlarla atışmaya başlayıb.  Atışma zamanı qruplaşmanın 4 üzvü qətlə yetirilib, həmçinin hərbçilərdən 1-i yaralanıb.