Məktəb direktorunun işdən çıxarılması təsdiqləndi

mekteb-direktorunun-isden-cixarilmasi-tesdiqlendi
Oxunma sayı: 640

Yazıda bildirilirdi ki, məktəbin direktorunun işdən çıxarılmasına səbəb birinci sinifə şagird qəbul edərkən valideyndən 100 manat tələb etməsidir. Bu faktdan xəbər tutan təhsil naziri isə direktoru işdən qovub.

Dünən dəfələrlə məktəblə əlaqə saxlamağa çalışsaq da, direktorun fikirlərini öyrənə bilməmişdik.

Bu gün isə 270 nömrəli məktəblə yenidən əlaqə saxladıq. Bu dəfə məktəbin direktoru məsələ ilə bağlı “Qafqazinfo”ya özü açıqlama verib və direktorluqdan getdiyini rəsmən təsdiqlədi. Lakin T. Rəhimov təhsil naziri Mikayıl Cabbarov tərəfindən deyil, öz ərizəsi ilə işdən çıxarıldığını qeyd edib:

“Yayılan söz-söhbətlə bağlı mənə yox, hər hansı bir narkomana inanırlar. Səhhətimdə problem var, şəkər xəstəsiyəm. Mənə əsəbiləşmək olmaz, ona görə yayılan xəbərlərlə mübarizə apara bilmədim. Şər-böhtana görə ərizəmi yazıb, özüm işdən çıxıram”.

Gülnar