Məktəb xristianlığı öyrənməyənə diplom vermir

mekteb-xristianligi-oyrenmeyene-diplom-vermir-
Oxunma sayı: 647

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Avropada şagirdlərin məzun ola bilməsi üçün din dərsindən imtahan vermələri zəruridir. Xəbərdə məktəblərdə din dərsi keçən müəllimlərin və ya din xadimlərin maaşlarının dövlət tərəfindən ödənildiyi əks olunub.

Türkiyəli təhsil mütəxəssisləri Avropa ölkələrində din dərslərinin ictimai sabitliyin və sülhün əldə olunmasındakı əhəmiyyətindən dolayı keçildiyini və dövlətin sözügedən dərslərə böyük maddi yardım göstərdiyini bildirirlər. Habelə onlar bu dərslərin keçilməsində kilsənin mühüm rol oynadığını da qeyd edirlər.

Avstriyanın Vyana universitetinin Pedaqogika fakültəsinin şöbə müdiri prof. Ednan Aslan Avropada din dərslərinin məktəbdən məzun olma və sinifdən sinifə keçmə məsələsində həlledici amil olduğunu deyib. Aslan keçiləcək dərslərin müvafiq dinlərin nümayəndələri tərəfindən müəyyən edildiyini, müəllimlərin icmalar tərəfindən təyin olunduğunu, maaşın isə dövlət tərəfindən ödənildiyini bildirib.