Məktəblilərin intihar faciəsi davam edir

mekteblilerin-intihar-faciesi-davam-edir
Oxunma sayı: 641

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Keşlə qəsəbəsi, Maarif küçəsi 96 ünvanında 1996-cı il təvəllüdlü Hacıyeva Nigar Rauf qızı intihar edib. 16 yaşlı qız evin girişindəki talvardan özünü asıb. Onun intihar səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, özünü öldürmüş N.Hacıyeva orta məktəbin 11-ci sinif şagirdi olub.

Fakt üzrə cinayət işi başlanılıb.