Məktəblilərin Novruz tətili günləri açıqlandı

mekteblilerin-novruz-tetili-gunleri-aciqlandi
Oxunma sayı: 3191

Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 6 dekabr 2017-ci il tarixli 540 nömrəli qərarına əsasən,  2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir. 
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, bayramdan əvvəlki dərs günlərində hər hansı dəyişiklik olmayacaq: "Belə ki, bütün ümumtəhsil məktəblərində mart ayının 19-u dərs günüdür. Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.