Məmmədyarov Çavuşoğlu ilə görüşdü

memmedyarov-cavusoglu-ile-gorusdu
Oxunma sayı: 639

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ölkəmizin AŞPA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini bildirib.

M.Çavuşoğlu Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və bu Forumun multikulturalizmin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. O, mədəniyyətlərarası dialoqun aparılmasında ölkəmizin rolunun AŞPA tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Həmçinin görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Səidə