Məmmədyarov erməni həmkarı ilə Nyu-Yorkda görüşəcək

memmedyarov-ermeni-hemkari-ile-nyu-yorkda-gorusecek
Oxunma sayı: 670

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda baş tutacaq. 

ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşdə iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.