Məmmədyarov Parisdə Qarabağ münaqişəsini müzakirə edəcək

memmedyarov-parisde-qarabag-munaqisesini-muzakire-edecek
Oxunma sayı: 696

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, mayın 15-də Parisdə Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub:

“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”.