“Mən də, Röya da şou-biznesdə at oynadırıq”

men-de-roya-da-sou-biznesde-at-oynadiriq
Oxunma sayı: 5443


“Onlar” verilişi tanınmış simalar arasında sorğu keçirib. 

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, sənətçilər onlara ünvanlanan “Şou-biznesdə kim at oynadır" sualına belə cavab veriblər: 

Müğənni Günay İbrahimli: "Bu yaxınlarda Röya gözəl konsert verdi. Bu, şou-biznesdə at oynatmaqdır. Elə mən özüm də şou-biznesdə at oynadanlardanam". 

Eldəniz Məmmədov: "O atı sənətdə oynatmaq lazımdır. Qalmaqal edib yaddaşlarda qalmaq lazım deyil". 

Əməkdar artist Zaur Əmiraslanov: "Mən Günay İbrahimlini bəyənirəm. At oynatmasa da, ona doğru gedir. Bu il yeni gələn nəsil şou aləmində at oynadacaq". 

Qismət: "Özümü şou-biznesə aid hiss etmirəm. Amma kənarda at oynadıram. Sənətlə at oynadanlar azdır".