“Mən əjdahanın başını kəsəcəm…” - Növbəti qarşıdurma

“Mən əjdahanın başını kəsəcəm…”
Oxunma sayı: 3036

Ötən gün “Maşın” realiti şousunda növbəti qalmaqalın təməli qoyulub.  “Qafqazinfo” xəbər verir ki, proqramın beşinci günü əməkdar artist Mehriban Xanlarova ilə ifaçı Rauf və jurnalist Ülviyyə Alovlu arasında gərgin anlar yaşanıb. 

Canlı yayım başlmamışdan qabaq M. Xanlarova kişilərdən birinin səsverməyə çıxmasını təklif edib. Ancaq əksər bəy iştirakçılar bu təkliflə razılaşmayıb və səsverməyə çıxmaqdan boyun qaçırıb. 

Buna əsəbiləşən Ü. Alovlu onları qorxaq adlandırıb:

“Oynamaq istəyirik, amma kişilər kənarda dayanıblar və xanımları səsverməyə çıxardırlar. Bu qədər maraqsız olmaq kimə lazımdır? Maşının 65 min qiyməti var. Bunun üçün heç olmasa 65 minlik insanın ruhu olmalıdır. Ancaq burdakı iştirakçıların oynamağa 6 qəpiklik ruhu yoxdur”.

Əməkdar artist Ülviyyənin fikirlərinə etirazını bildirib: "Danışanda kəlmələrinə fikir ver.  Mənim milyonluq qiymətim var. Deyirsən ki, burdakıların 6 qəpiklik qiyməti yoxdur. Bəlkə mənim qulağım səhv eşidir. Heç kişilərə də elə söz demə. Ayıbdır. 6 qəpik nədir”. 

Bundan sonra canlı efirdə ən çox şəkli atılan iştirakçı Xatin Əliyeva olub.  O, şounun sonunda çıxaracağı şəxsin kişi iştirakçılardan birinin olduğunu söyləyib.  Xatun deyib ki, İlkin Misgərli və Talıb Taleyə toxunmayacağını söyləyib. 

Oyunun gedişatında gənc ifaçı Rauf Xatuna müraciət edib: “Məni şoudan çıxartma, sabah Mehriban Xanlarovanı duelə çağırıram. Mən əjdahanın başını kəsəcəm. O, maraqlı iştirakçıdır, burada teatr göstərir, amma vaxt yetişdi”.

Verilişin sonunda Xatun 71,21 faiz səs toplayaraq şouda qalıb və İlqar Mikayıloğlunu özünə rəqib gördüyü üçün yarışmadan çıxarıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi