“Mercedes” 12 min avtomobili geri çağırır

mercedes-12-min-avtomobili-geri-cagirir
Oxunma sayı: 3664

Almaniyanın ən böyük avtomobil şirkətlərindən biri olan “Mercedes” 12 mindən çox avtomobili geri çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna avtomobillərin təhlükəsizlik yastığında yaranan problem səbəb olub.

Məlumata əsasən, şirkət 2011-2017-ci illəri əhatə edən “Mercedes-Benz” С/Е və GLK seriyalarından olan avtomobilləri geri çağırır.

Problemlər Rusiyaya ixrac olunan avtomobillərdə aşkar olunub.

Nasazlıq şirkət tərəfindən pulsuz olaraq aradan qaldırılacaq.