“Mercedes” “VAZ”la toqquşdu, ölən və yaralılar var

mercedes-vazla-toqqusdu-olen-ve-yaralilar-var
Oxunma sayı: 1814

Biləsuvarda yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub. 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış iki nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.