Məşhur bəstəkar dünyasını dəyişdi

meshur-bestekar-dunyasini-deyisdi
Oxunma sayı: 1838

“Oskar” mükafatı laureatı, dünya şöhrətli fransız bəstəkar Fransis Le 86 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nitse şəhərinin meri Kristian Estrozi sosial şəbəkədə yazıb: “Böyük ürək ağrısı ilə Fransis Lenin öldüyünü öyrəndim”. 

1932-ci ildə Nitsedə anadan olan Fransis Le klod Leluş, Roje VadimŞ Rene Kleman və digər məşhur rejissorların filmləri üçün saundtreklər yazıb. O, İv Montan, Edit Piaf, Mirey Matye, Frenk Sinatra kimi məşhurlar üçün mahnılar bəstələyib. “Sevgi tarixçəsi”, “Kişi və qadın” filmlərinin bəstəkarıdır.