Məşhur cütlük bu villanı 18 milyona satdı - Fotolar

meshur-cutluk-bu-villani-18-milyona-satdi
Oxunma sayı: 3652

Müğənni Adam Livayn və xanımı model Behati Prinslu Los-Ancelesdəki villanı satıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük 856 kvadrat metrlik villanı 18 milyon dollara satıb.

Məlumata əsasən, ikinci dəfə valideyn olmağa hazırlaşan Adam və Behati villada çox vaxt tələb edən təmir işləri ilə məşğul olmaq istəməyib.

Onlar bu evi 5 ay əvvəl  18,9 milyon dollara almışdılar.

Qeyd edək ki, cütlüyün 16 milyon dollar dəyəri olan daha bir villaları var.