Məşhur “Media kəndi” Baku City Residence adı ilə satışa çıxır - Fotolar

Məşhur “Media kəndi” Baku City Residence adı ilə satışa çıxır
Oxunma sayı: 2224

Dünya dəyişir, bəlkə də artıq şəhərləşir. Hər bir şəhər özü bir dünyaya çevrilir. Və insanlar öz şəhərlərini qədimdən bəri bir simvolla ifadə edirlər. Biz də Bakının müasir yaşayış tərzinə ideya verəcək, standartlarını müəyyən edəcək bir konsepsiya düşündük və bunu reallığa çevirdik.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, H. Əliyev prospektində yerləşən və “Media kəndi” kimi tanınan Baku City Residence Premium Yaşayış Kompleksinin satışına başlanılır. May ayından etibarən alıcıların ixtiyarına veriləcək Baku City Residence layihəsi öz unikal dizaynına görə digər layihələrdən fərqlənir. Layihənin yerləşdiyi ərazi isə onun cəlbediciliyini daha da artırır.

“Müasir yaşayış tərziniz” sloqanı ilə sakinlərini gözləyən Baku City Residencenin əsas üstünlükləri bunlardır:

Şəhərin ən əhəmiyyətli yerində - Heydər Əliyev prospektində yerləşməsi;

Paytaxtın bütün istiqamətlərinə, o cümlədən Hava limanına rahat gediş-gəliş imkanı;

Bir çox dövlət idarələrinə, həmçinin, Bravo Hipermarketə, ASAN Xidmətə, “Koroğlu” Metrostansiyasına, avtobus dayanacaqlarına 2 dəqiqəlik məsafədə yerləşməsi;

Məktəb, uşaq bağcası, uşaq parkı, idman və Spa mərkəzi, kafe və restoranlarla əhatə olunması.

Geniş ərazini əhatə edən sahədə tikinti işləri başa çatdırılmışdır. “Şəhər içində şəhər” konseptində olan layihənin əsas fərqli cəhəti mənzillərin genişliyidir. Belə ki, layihədə müxtəlif ölçülü və mötəşəm panoramalı mənzillər var. Mənzillər çıxarışlarla təmin olunur.

Yaşayış yerində hər mənzilə bir ədəddən çox qaraj yeri də nəzərdə tutulub. Binalar səssiz liftlər, Almaniya istehsalı qapı və pəncərələr, 24 saat su təchizatı, mərkəzi elektrik təchizatı və generator, rəqəmsal tv, internet və telefon sistemlərilə təchiz olunub. Binalarda təhlükəsizlik sistemi də yüksək səviyyədə qurulub.

Layihənin fərqlilikləri

Geniş Mənzil” konsepti sakinlərin fərdi şəkildə, dostlarla və ya ailə ilə bərabər vaxt keçirəcəyi, istirahət edəcəyi və əylənəcəyi sahələri əhatə edən yenilikçi bir ideyadır. Məsələn, siz dostlarınızla kinoya baxmaq istəyirsinizsə, o zaman kiçik ödənişlə Mini Kinotetr-ı bron edirsiniz və istədiyiniz filmə baxırsınız.

“Fərdi Otel” konsepti yüksək xidmətlərin istifadəsində maraqlı olan sakinlər üçün nəzərdə tutulub. Əgər mənzilinizdə oteldəki kimi xidmətlər istəyirsinizsə, o zaman bu konsept tam sizə uyğundur. Konseptin prinsipinə görə, sakin oteldə olan bütün xidmətləri daha uyğun qiymətə istədiyi vaxt sifariş verə bilər. Məsələn, qonaqlarınızın özəl qarşılanmasını istəyirsinizsə kiçik ödənişlə “Qonaq qarşılama” xidmətindən istifadə edə bilərsiniz.

Şəhərin aktiv canlılığını qorumaqla ″ALL-İN-ONE” tipli Yaşayış Kompleksi artıq yeni yaşayış standartına çevrilib. “ALL-İN-ONE” konseptində bütün sosial ehtiyaclar yaşadığınız məkanda qarşılanır və bunun üçün layihədə müxtəlif sosial infrastrukturlar – açıq əyləncə və istirahət sahələri, açıq idman sahələri, alış-veriş mərkəzi, ehtiyaca uyğun müxtəlif mağazalar nəzərdə tutulub.

Baku City Residence - Müasir yaşayış tərziniz!

Ünvan: Heydər Əliyev prospekti 189.

Əlaqə: 121

(+994 50) 750 11 21

www.bcr.az

https://www.facebook.com/bakucityresidence/

https://www.instagram.com/baku_city_residence/








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi